Gəncədə yanğın hadisəsi baş verib. Bu barədə Oxu.az 8 fevral tarixində məlumat verib.
Şəhərin Poçt qəsəbəsində yaşayış binalarından birinin qarşısında dayanmış vəziyyətdə olan minik avtomobilində anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil tamamilə yanıb, yaxınlıqdakı nəqliyyat vasitələri yanğından mühafizə edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.