Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 1 aprel tarixində Report məlumat verib.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1986-cı il təvəllüdlü Elmir İsmayılovu minik avtomobili vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.