Gəncə şəhərində azyaşlılara qarşı zor tətbiq edən şəxs artıq saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 6 fevral tarixndə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis kapitanı Eşqin Qasımovun sözlərinə görə, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:
“Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E.Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir”.
[video width="1080" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/02/video.mp4"][/video]