Gəncədə əvvəllər hərbi hissə yerləşmiş ərazidə baş verən yanğın söndürülüb.
Ərazidə yanacaqdaşıyan avtomobil yanıb. Yanğın qısa müddətdə söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
16:29
Gəncədə əvvəllər hərbi hissə yerləşmiş ərazidə yanğın başlayıb. Bu barədə İnsanoid FHN-nə istinadən bu gün, 1 fevral tarixində xəbər verir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür.
Xəbər yenilənəcək.