Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 10 noyabr tarixində Oxu.az məlumat verib.
Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
“VAZ-2115” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın işıqfora çarpılıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.