Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 22 iyun tarixində məlumat verir.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncə şəhərinin Ş.İ.Xətai prospektində qanunsuz tikinti işlərinin aparılması faktını aşkarlayıb.
Agentlik Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısını alıb.