Gəncədə "Bazarstore"un anbarı yanıb. Bu barədə İnsanoid FHN-in Mətbuat Xidmətinə istinadən bu gün, 10 aprel tarixində xəbər verir.
Gəncə şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Bazarstore" MMC-nin ümumi sahəsi 1210 kv.m olan mağazasının anbarında sahəsi 6 kv.m olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.