Gəncədə binadan yıxılan qızın 2007-ci il təvəllüdlü Şəbnəm Məmmədova olduğu məlum olub. Bu haqda noyabrın 18-də APA xəbər yayıb.
Faktla bağlı araşdırma aparılır.
***
17:40
Gəncədə yeniyetmə qız binadan yıxılaraq ölüb. Bu barədə Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.
İnsident şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 16-18 yaş aralığında qız binanın 10-cu mərtəbəsindən yıxılıb.
Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.