Gəncədə yol hərəkəti qaydalarını pozan və vətəndaşların narazılığına səbəb olan sürücülər saxlanılıb. Bu barədə noyabrın 18-də Report məlumat yayıb.
Belə ki, bir qrup gənc müxtəlif avtomobillərlə qadağan olunmuş səs siqnalları və görməni məhdudlaşdıran vasitələrdən istifadə edərək təhlükə yaradıblar.
Həmçinin dəfələrlə barəsində tədbir görülməsinə baxmayaraq, avtomobilin nömrəsini gizlədən şəxs bu dəfə də məsuliyyətə cəlb edilib.
Polis əməkdaşları tərəfindən sürücülərlə söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.