Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 18 aprel tarixində APA məlumat verib.
Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə motosiklet toqquşub.
Qəza zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="1" size="full" ids="112896"]