2 Fevral - Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və gənclər təşkilatlarının nümayəndələri, könüllüləri, üzvləri Fəxri xiyabanı ziyarət ediblər. Bu barədə İnsanoid nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 1 fevral tarixində xəbər verir.
Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Sonra 1-ci və 2-ci Şəhidlər xiyabanlarını ziyarət edən gənclər Azərbaycanın suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üstünə gül dəstələri qoyublar.