Belçikada "Gent" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub. Bu barədə Report 21 fevral tarixində məlumat verib.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Uilyam Kollama Frensis Konnor və David Rum laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.
İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.
“Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.
Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.