Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsində əsaslı təmir işlərinə başlayıb. Bu barədə 25 yanvar tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Bundan başqa, zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2,5 metr olmaqla piyada səkilərinin inşası həyata keçiriləcək, yararsız səki daşlarının və drenaj xətlərinin yenilənməsi işləri aparılacaq. Sonda isə piyada zolaqları çəkiləcək.
Qeyd olunub ki, uzunluğu 3,8 kilometr təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.
[gallery link="file" columns="1" size="full" ids="102994"]