Martın 31-dən aprelin 3-dək Bakıda keçiriləcək kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Milli Gimnastika Arenasında baş tutacaq yarışda 7 idmançı mübarizə aparacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.
Ümumilikdə Dünya Kubokunda 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq. Yarışlar hər gün saat 12:00-da başlayacaq.