Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər. Bu barədə İnsanoid federasiyanın mətbuat xidmətinə istinadən bu gün, 20 aprel tarixində xəbər verib.
Yarış aprelin 22 və 23-də baş tutacaq.
Digər gimnastlar: Sara Əlixanlı, Sənəm Kazımova, Dilarə Qurbanova və Məryəm Topçubaşova isə eyni şəhərdə təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.