Goranboy rayon İcra Hakimiyyətində yeni təyinat olub. Bu haqda 10 fevral tarixində Apa məlumat verib.
Rayon icra başçısı Məhərrəm Quliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Səbuhi Məhərrəmov Goranboy İH başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
S. Məhərrəmov son təyinatdan öncə Goranboy RPŞ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.