Şəmkir rayonunda Goranboy sakinini cərəyan vuraraq öldürüb. Bu barədə noyabrın 18-də APA xəbər yayıb.
Hadisə Zəyəm qəsəbəsində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Həmin şəxsin 1986-cı il təvəllüdlü Elməddin Əhmədov olması məlum olub.
Araşdırma aparılır.