Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 27 fevral tarixində məlumat verir.
Goranboyun Meşəli kənd sakini bıçaqlanıb.
Meşəli kənd sakini Arzu Məhərrəmovu bıçaqlamaqda şübhəli bilinən rayonun Qaraçinar kənd sakini, 24 yaşlı Elşad İsmayılov saxlanılıb.
Yaralının müxtəlif bədən xəsarətləri alması və rayon xəstəxanasına yerləşdirilməsi barədə məlumat var.