Goranboyda avtoqəza zamanı 2 nəfər xəsarət alıb. Bu barədə 24 fevral tarixində Report.az məlumat verib.
Hadisə Səfikürd kəndində qeydə alınıb. İdarəetmədən çıxan "VAZ" markalı avtomobilin aşması nəticəsində Goranboy rayon sakinləri, 50 yaşlı F. Abbasov və 49 yaşlı F.Cəfərov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Fakt araşdırılır.