Bakı-Qazax magistral yolunun 310-cu kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 28 yanvar tarixində Report məlumat verib.
Magistral yolun Goranboy rayonu ərazisindən keçən hissəsində 1985-ci il təvəllüdlü M.İsmayılovun idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə Mingəçevir şəhər sakini, 1948-ci il təvəllüdlü M.Həsənovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.
Avtomobildə olan 1973-cü il təvəllüdlü T.Dursunova, 1995-ci il təvəllüdlü G.Dursunova, 1953-cü il təvəllüdlü A.Həsənova və 1980-ci il təvəllüdlü Y.Həsənova xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.