Goranboy rayonunda yanğın baş verib. Bu barədə noyabrın 16-da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Xan Qərvənd kəndində qeydə alınıb. Sahəsi 24 m² olan köməkçi tikilinin xarici divarına quraşdırılan 1 ədəd su qızdırıcısı yanıb.
Həmçinin yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı əriyib.
Köməkçi tikilinin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.