Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 24 aprel tarixində xəbər verib.
Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza nəticəsində 22 yaşlı Fərid Qasımov, 32 yaşlı Nişanə Bayramova və 60 yaşlı Tamam Hüseynova xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.