Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 14 aprel tarixində Report məlumat verib.
Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qadın sürücü idarə etdiyi avtomobili yolun kənarına aşırıb.
Avtoqəza nəticəsində 1982-ci il təvəllüdlü Sevda Süleymanova və 1987-ci il təvəllüdlü Cəmilə Musayeva xəsarət alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.