Güclü külək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin dam örtüyünü uçurub.
Hadisə yanvarın 13-ü günün ikinci yarısında baş verib.
Dam örtüyü ilə yanaşı, muzeyə gələn elektrik xətləri də qırılıb.
Muzeyin direktoru Həcər Rəsulova bildirib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verilib. Muzeyə elektrik enerjisinin verilişi bərpa olunsa da, dam örtüyünün bərpası işlərinə hələ başlanılmayıb.
Qeyd olunub ki, Cəfər Cabbarlının ev-muzeyi 2019-cu ildə əsaslı təmir olunaraq yenidən qurulub.