1. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Görüş 6 aprel tarixində Belçikanın Brüssel şəhərində təşkil olunacaq.
2. Martın 31-də Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
3. Aprelin 2-dən Azərbaycanda Ramazan ayı başlayır. Ramazan bayramı dövlət səviyyəsində iki gün – mayın 2-si və 3-ü qeyd olunacaq.
4. I Qarabağ müharibəsində Fərrux yüksəkliyində itkin düşmüş şəxslərin siyahısı açıqlanıb.
5. Martın 31-də Naxçıvanda tikinti işləri aparılan məktəbin bir hissəsi çöküb. Nəticədə 4 nəfər həlak olub.
6. AZAL-dan verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportu pilotsuz uçuş aparatlarından mühafizə olunacaq.
7. Macarıstanın paytaxtı Budapeşt şəhərində sərbəst güləş üzrə yarışlarda Azərbaycan yığması Avropa çempionu olub.
8. Azərbaycanda А4 formatlı ofis kağızı iki dəfə bahalaşıb.
9. Ötən həftə COVID-19-a yoluxanların sayında azalma müşahidə edilib. Yoluxmaların maksimum sayı martın 30-da qeydə alınıb. Həmin gün 62 nəfər yoluxub.