top
Həbsxanadakı dostunu azadlığa buraxdıracağını vəd edən şəxs 24 min manat mənimsəyib
20 fevral 2023, 23:51
- ↺ +

Həbsxanadakı dostunu azadlığa buraxdıracağını vəd edən şəxs 24 min manat mənimsəyib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dələduzluq, oğurluq cinayətləri törədən, narkotiklərin dövriyyəsi və satışı ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 21 fevral tarixində xəbər verir.

Polis şöbəsinə müraciət edən zərərçəkən Vüqar adlı şəxsin onun yaxın dostunu cəzaçəkmə müəssisəsindən azad etdirəcəyi kimi yalan vədlər verərək 24 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini Vüqar Əlizadə şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib.

Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən oğurluq edən rayon sakini Azər Əzizov tutulub. Onun evdə heç kimin olmadığı müddətdə həmin ünvana daxil olduğu, tikintidə və məişətdə istifadə olunan əşyaları oğurladığı müəyyən edilib.

A.Əzizov oğurladıqlarının bir qismini satsa da, bəziləri onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş 4 nəfər- Fərid Qazaxov, Ağaseyid Qarayev, Rəsul İsmayılov və Şahmar Soltanov saxlanılıb. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub. Qeyd edək ki, Ş.Soltanov bir müddət əvvəl də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub. Ancaq o, bundan nəticə çıxarmayaraq, yenidən eyni əməlinə görə tutulub.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin silahlar ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər