Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı İşçi Qrup yaradılacaq. Bu barədə Report 26 yanvar tarixində məlumat verib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun sözlərinə görə, göl quruyub və ətrafındakı torpaqlardan başqa məqsədlər üçün istifadə olunur: “Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. Məsələ ilə bağlı İşçi Qrup yaradılacaq və arayış hazırlanacaq. Ötən ildən mövcud məsələ iş planına daxil edilsə də, məsələ həllini tapmamışdı. Ona görə də qərara alınıb ki, mövzunu yenidən müzakirəyə çıxaraq”.