Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti təyinatını alıb. Bu barədə 22 mart tarixində Oxu.az xəbər verib.
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunda bir sıra matçlar keçiriləcək. Həmyerlimiz 6-cı qrupun III turundakı Latviya - İsrail matçında əsas hakim olacaq. Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmenlər qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını digər polşalı Patrik Qrıtskeviç yerinə yetirəcək.
Qarşılaşma martın 28-də saat 16:00-da başlayacaq. Qeyd edək ki, Məsiyev bu gün İsrail - Polşa oyununda da iş başında olacaq.