top
Hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi həbs edilib
23 fevral 2023, 01:54
- ↺ +

Hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi həbs edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mingəçevirdə hərbi xidmətdən yayınan şəxs tutulub. Bu barədə Qafqazinfo 23 fevral tarixində xəbər verib.

Şəhər sakini, 34 yaşlı Mədət Alışovun (şərti) uzun müddət həqiqi hərbi xidmət keçməkdən boyun qaçırması məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 321.1-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, M.Alışov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində hərbi uçota alınıb. Həqiqi hərbi xidmət yaşı, yəni 18 yaşı 2007-ci ildə tamam olsa da, Qafqaz Universitetində ali təhsil aldığı üçün ona müəyyən müddətə möhlət hüququ verilib. Daha sonra - 2013-cü ildə təhsil aldığı Qafqaz Universitetindən xaric olunub, 2014-cü ildə işləmək məqsədilə Rusiya Federasiyasına gedib və 2022-ci ildə Rusiyadan Azərbaycana qayıdıb.

Sərhədi keçən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun axtarışda olmasını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə yaxınlaşmağını bildiriblər. Bundan sonra M.Alışov 31.03.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə gedərək həkim komissiyasından keçib və hərbi xidmətə yararlı hesab edilib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilən şəxsə çağırış vərəqəsi verilərək məsuliyyəti barədə xəbərdar olunub.

Lakin M.Alışov Bakıya gələrək kor bağırsağından əməliyyat olunub, buna görə də ona bir çağırış üzrə möhlət hüququ verilib. 3 ay sonra həmin şəxsə həkim müayinəsindən keçirilməsi üçün yenidən göndəriş vərəqəsi verilib və növbəti dəfə hərbi xidmətə yararlı hesab edilib. Lakin o, yenidən qeyd olunan tarixdə hərbi xidmət üçün getməyərək xidmət keçməkdən boyun qaçırıb.

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə M.Alışova 1 il həbs cəzası verilib.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər