Hazırda Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Bu barədə noyabrın 25-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Sıxlıq müşahidə edilən küçələr:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" m/st istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq Prospekti" m/st istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" m/st istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Tbilisi prospekti, "20 Yanvar" m/st-dan mərkəz istiqamətində;
- Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;
- Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
- Qara Qarayev prospekti, "Qara Qarayev" m/st-dan "Koroğlu" m/st istiqamətində;
- Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
- Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);
- Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində;
- Ağa Nemətulla küçəsi, "Nəriman Nərimanov" m/st istiqamətində;
- Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi istiqamətində;
- Babək prospektində.