Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətli yan yolunda (SOCAR-in inzibati binasının qarşısında) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 20 aprel tarixində xəbər verir.
Buna səbəb sabah saat 09:00-dan saat 16:00-dək aparılacaq təmir işləridir.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən avtonəqliyyat vasitələrini ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələrini tövsiyə edir.