Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Bu haqda İnsanoid Prezidentin mətbuat xidmətinə istinadən bu gün, 28 noyabr tarixində xəbər verir.
Bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub.
İcraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Mərkəzi Bankıdır.
Sikkələrin hazırlanması 2023-cü il fevral-may aylarını əhatə edəcək.
Bundan əlavə, Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı poçt markaları və xatirə nişanları buraxılacaq. Gələn ilin mayında isə Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək.