Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub. Bu barədə Report 14 aprel tarixində məlumat verib.
İlk olaraq, körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.
Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayə, 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.
Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.