Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Bu barədə 5 mart tarixində Müdafiə Nazirliyi məlumat verib.
Şəhidlərimiz Şəhriyar Əlibəyli sabah yaşadığı Bakı şəhərində, Eşqin Hüseynov isə Tovuz rayonunun Hunanlar kəndində dəfn olunacaq.
Qeyd edək ki, Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir. Həmçinin şəhid Şəhriyar Əlibəyli subay və ailənin yeganə övladı olub. O, 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulub.