İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb. Bu barədə 16 yanvar tarixində Lent.az Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınlarının sözlərinə istinadən məlumat verib.
Onlar bildiriblər ki, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir: "Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları kameralara da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir".
Qeyd olunub ki, xiyabanın sözügedən ərazisində mühafizə xidməti fəaliyyət göstərir.
[playlist type="video" tracklist="false" ids="101663"]