Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 8 fevral tairixində xəbər verir.
Açılış mərasimində Prezident İlham Əliyevin çıxışından sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlu, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə və Tofiq Quliyevin qızı Lalə Quliyeva çıxış ediblər.
Sonra Prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.
Onlar Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də Bakının mərkəzində Tofiq Quliyevin abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına bir daha minnətdarlıqlarını bildiriblər.