İlham Əliyev İsrailin xarici işlər naziri ilə görüşüb. Bu barədə İnsanoid Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən bu gün, 19 aprel tarixində xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.