Noyabrın 24-də Prezident İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.
Həmçinin İlham Əliyev Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib.
Bu barədə 24 noyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.