Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Bu haqda 8 fevral tarixində Prezident.az məlumat verib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.