Prezident İlham Əliyevin Türkmənistana səfəri dekabrın 14-də başa çatıb. Bu barədə 15 dekabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısının şərəfinə Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər yola salıblar.