İmişlidə 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə dekabrın 3-də İnsanoid Report-a istinadən xəbər verir.
Dekabrın 2-də İmişli rayonunda 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Aparılan araşdırmalarla onu 2000-ci il təvəllüdlü rayon sakini Xəyal Surxayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək öldürdüyü müəyyən olunub.
X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.