İmişlidə qanunsuz ov edən iki Küveyt vətəndaşı cəzalandırılıb. Bu barədə 1 mart tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Belə ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, - deyə xidmət rəsmisi bildirib.