İmişlidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. Bu barədə bu gün, 23 noyabr tarixində Report xəbər verir.
Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ağaməmmədli kənd ərazisində baş verib. 36 yaşlı Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən yola çıxan tülkünü vurub. İdarəetməni itirən X.Bayramov avtomobili yolun kənarına aşırıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb. 48 yaşlı Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.