Xırdalanda intihar hadisəsi baş verib. Bu barədə Qafqazinfo 20 aprel tarixində xəbər verib.
17 yaşlı S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. Yeniyetmə hadisə yerində vəfat edib.
İlkin məlumata əsasən, orta məktəbin 11-ci sinif şagirdi S.Səlimov bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb.
Məhz bundan sonra o, həyatına qəsd edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.