İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Bununla bağlı 4 aprel tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər Sərəncamı ilə İnam Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.
Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.