Azərbaycan incəsənət nümunələri UNESCO-da təqdim edilib. Bu barədə 8 aprel tarixində Mədəniyyət Nazirliyinə istinadən xəbər veririk.
UNESCO-nun Parisdə yerləşən baş qərargahında İpək Yolları Proqramının 35 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Burada Azərbaycan, Qazaxıstan və Çin incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramı təşkil olunub.
Konsertdə çıxış edən pianoçu Səidə Zülfüqarova və fleytaçı Ağarəhim Quliyev klassik musiqi parçaları səsləndiriblər. Milli geyimli rəqqasların ifa etdiyi “Uzundərə” və “Naz eləmə” rəqsləri də zalda xüsusi coşqu yaradıb.
Tədbirin sonunda hər üç ölkənin milli mətbəx nümunələri nümayiş etdirilib.