Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İranın Azərbaycandakı səfiri Abbas Musəvi arasında görüş keçirilib.
Bu barədə 24 noyabr tarixində Report İran səfirliyinin Telegram kanalına istinadən məlumat verib.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, eyni zamanda ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.