Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub. Bu barədə Report 10 aprel tarixində xəbər verib.
Mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə ilə vida mərasimi Təzəpir məscidində keçirilib.
İ.Tağızadə 1957-ci il mayın 7-də Bakı şəhərində anadan olub. O, aprelin 9-da vəfat edib.