İran ərazisində zəlzələ olub. Bu barədə İnsanoid Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadən bu gün, 16 mart tarixində xəbər verir.
Qeyd olunub ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Maqnitudası 5,5, dərinliyi isə 10 km olan təkanlar Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.