Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Bu barədə 1 aprel tarixində Oxu.az məlumat verib.
Bildirilib ki, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb.
Onlar Lənkəran sakinləri Hacı Zaman, Hacı İlqar, Xırdalan sakini Zakir Məmmədov, Bakının Fatmayı kənd sakini Elnur Quliyev, Rza Kərimov, Kərbəlayi Qoşqar, Kərbəlayi Kahin və Kərbəlayi Farizdir.
Saxlanılan şəxslərin bəziləri həm də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.